Tbilisi qatarlarında sərnişin yerlərinin sayı artırıldı

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə səyahət imkanlarının genişləndirilməsi və sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə qatarların tutumunun artırılması istiqamətində işləri davam etdirir.
Bu barədə Avtosfer.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, görülən işlər nəticəsində qatarların tərkibinə mərhələli şəkildə 2 ədəd komfort və 5 ədəd standart+ sinif vaqon əlavə olunub. Nəticədə sərnişin vaqonlarının sayı vaqon-restoran nəzərə alınmadan 6-dan 13-ə çatdırılıb, sərnişin tutumu isə 178-dən 386 yerədək artırılıb. Beləliklə, ilkin tutumla müqayisədə sərnişin yerlərinin sayı təqribən 2,2 dəfə (120 %) artırılıb.
Əlavə vaqonların istismara verilməsi daha geniş seçim və daha çox sərnişinə səyahət imkanı yaradır.
Marşrut üzrə müşahidə olunan yüksək doluluq dəmir yolu ilə beynəlxalq sərnişindaşımaya marağın artdığını göstərir. İndiyə qədər bu marşrut üzrə 23 000-ə yaxın sərnişin daşınıb. Qatarların doluluq göstəricisi 100 % olub.
Gürcüstandan Azərbaycan istiqamətində tələbatın olduqca yüksək olması səbəbindən satışa çıxarılan biletlər çox qısa müddətdə alınır. Belə tələbat fərqi xüsusilə yay mövsümündə və bayram günləri ərəfəsində daha aydın müşahidə edilir.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












