Təbrizin ölümündə təqsirləndirilən məhkəməyə gec gəldi - Həbs olundu

34 yaşlı Təbriz Şəfiyevin ölümünə səbəb olmaqda ittiham olunan sürücü hökmdən əvvəl həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu barədə qərar qəbul edib.
Təqsirləndirilən Mircəlil Əzizli bundan əvvəlki proseslərin birində iştirak etməmişdi, indi isə məhkəməyə təyin olunan vaxtdan yarım saat gec gəlib. Hakim Eldar İsmayılov bu dəfə müttəhimə güzəşt etməyib, onun dərhal həbs edilməsi ilə bağlı qərar çıxarıb.
Prosesin davamı isə hakimlə qəzada həlak olan gəncin anasının vəkili Sadiq Rəsulov arasında çəkişmə ilə yadda qalıb.
Bundan əvvəl hüquqi varis oğlunun ölümü ilə bağlı cinayət işini başqa hakimlərin araşdırmasını istəmişdi. Məhkəmə həmin vəsatətə münasibət bildirib, etirazın əsassız olduğu elan edilib. Gərginlik də məhz bundan sonra yaranıb. Hakim Eldar İsmayılov zərərçəkmiş tərəfin vəkilini təmsil etdiyi şəxsin adından əsassız vəsatətlər verməkdə ittiham edib. O, xüsusilə bütün hakimlərə etiraz verilməsinin qanunsuz olduğunu deyib, əlavə edib ki, vəsatət vəkilin öz adından təqdim olunsaydı, onun barəsində də qərar qəbul edilə bilərdi.
Vəkil isə hakimin etirazı ilə razılaşmayıb. Müdafiəçi hüquqi varisin etirazının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olduğunu, növbəti iclasda öz adından da hakimlərə etirazla bağlı vəsatət verəcəyini bildirib. Bundan sonra proses təxirə salınıb.
Qeyd edək ki, yenicə ata olan Təbrizin öldüyü hadisə ötən ilin avqustunda baş verib. Onun idarə etdiyi avtomobil Suraxanı rayonunun Heydər Əliyev prospektində (Aeroport yolu) qəfil nasaz vəziyyətə düşüb. Təbriz yolun kənarında dayanaraq nə baş verdiyini müşahidə edərkən arxadan gələn başqa nəqliyyat vasitəsi onun avtomobilinə çırpılıb, zərbənin təsirindən digər yola düşən Təbrizi bu dəfə ikinci maşın vurub. Hadisədən bir az sonra isə o həyatını itirib.
Hadisə ilə bağlı zərərçəkmişin maşınına çırpılan “Toyota Corolla”nın sürücüsü Mircəlil Əzizli cinayət məsuliyyətinə cəlb edilib. İstintaq zamanı onun ümumiyyətlə sürücülük hüququ olmadığı müəyyənləşib.
Amma mərhum Təbrizin anası aparılan istintaqla razı deyil. Bu səbəblərdən də işin ibtidai istintaqa prosessual rəhbərlik edən prokurora qaytarılmasını istəyir.
Azərbaycanlıların da olduğu gəmi vuruldu - VİDEO
Bakının 110 küçə və prospektində eyni vaxtda təmir gedir - AAYDA - FOTO
Bakı Avtovağzalı iyul statistikasını açıqladı: 198 mindən çox sərnişin yola salınıb - FOTO
Bakı Qızlar Universitetinin tələbələrinin köçürüləcəyi universitetlər açıqlandı - RƏSMİ
Zakir Həsənov hərbi attaşelərlə GÖRÜŞÜB - FOTO
Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNAT
Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO










