Təhsil eksperti MİQ-də şəhid ailələrinə edilən güzəştə qarşı çıxır

Məlum olduğu kimi, müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanları müəyyən güzəştlər də tətbiq olunur.
Avtosfer.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin müvafiq qərarına əsasən müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı MİQ imtahanlarında minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir. Belə ki, namizədin şəhid ailəsinin üzvü olması təqdim etdiyi sənədlər və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” əsasında müəyyənləşdirilir. Şəhid ailəsinin üzvü olan şəxslərin vakansiya seçimi başa çatandan sonra digər namizədlər də prosesə buraxılırlar.
Lakin təhsil eksperti Kamran Əsədov şəhid ailələrinə qarşı edilən bu güzəştə qarşı çıxıb. O, facebookdakı hesabında bu güzəştin yanlış olduğunu bildirib: “Biri var, imtahana hazırlaşır, gecəsini gündüzünə qatır, 70+ bal toplayır, amma işə qəbul ola bilmir. Biri də var, xüsusi kateqoriyaya aid olduğu üçün 40 balla məktəbə təyin olunur. Və bu, rəsmi mexanizmdir. Əgər bu güzəşt deyilsə, bəs nədir? Bəli, şəhid ailələri bizim baş tacımızdır. Onlara hər cür dəstək göstərilməlidir, amma bu dəstək təhsilin keyfiyyətinə zərbə vuracaq formada yox”.
Təhsil ekspertinin bu fikirləri birmənalı qarşılanmayıb. Belə ki, şəhid ailə üzvlərinə edilən bu güzəştin şişirdilməsinin yersiz olduğunu bildiriblər. Çünki güzəşt edilən şəhid ailə üzvlərinin sayının o qədər də deyil. Digər tərəfdən, bunu ayrı-seçkilik kimi qələmə vermək şəhid ailələrinə qarşı ədalətsizlik deyil, bəs nədir?
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB










