Təhsil sektorunun müdiri VƏZİFƏSİNDƏN UZAQLAŞDIRILDI - FOTO

Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostu oğlu Dostuyev vəzifəsindən azad edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, daxil olmuş şikayət əsasında Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən Xaçmaz rayonu üzrə təhsil sektorunda fəaliyyətin mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə xidməti araşdırma aparılıb.
Qələmşah Dostuyev Dostu oğlu sektor müdiri vəzifəsində işlədiyi dövrdə dərnək saatlarının təşkili, ümumtəhsil məktəblərində şagird davamiyyətinin aşağı olması, dərs saatlarının bölgüsü zamanı ciddi nöqsanların aşkar edilməsi halları müəyyən edilib. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğuna görə 20 fevral 2026-cı il tarixində Qələmşah Dostuyev barəsində töhmət intizam tənbeh tədbiri tətbiq edilib.
Həmçinin, tabeliyindəki müəssisə rəhbərlərindən daxil olmuş şikayətlər əsasında yaradılmış komissiya tərəfindən aparılan xidməti araşdırma nəticəsində qeyd edilənlər öz təsdiqini tapıb.
Xidməti araşdırmanın nəticələrinə əsasən, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında" Qanununa uyğun olaraq Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostu oğlu Dostuyev dövlət qulluğundan azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilib.

Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri












