Banner

Təhsildə yeni maliyyələşmə mexanizmləri keyfiyyətə necə təsir edəcək? - EKPSERT

Xəbərlər 5 Oktyabr 2026 22:07
Təhsildə yeni maliyyələşmə mexanizmləri keyfiyyətə necə təsir edəcək? - EKPSERT
WhatsApp kanalımıza abunə olun

Məktəblərdə adambaşı maliyyələşmə sisteminin tətbiqi ilə bağlı müzakirələr davam edir. Yeni maliyyələşmə modelinin təhsil müəssisələrinin imkanlarına və təhsilin keyfiyyətinə necə təsir edəcəyi maraq doğurur.

Avtosfer.az xəbər verir ki, bu sistemin tətbiqi məktəblər arasında maliyyələşmə və təhsil imkanları baxımından fərqlərin azalmasına, yaxud əksinə, artmasına səbəb ola bilər. Bəs adambaşı maliyyələşmə modeli təhsilin keyfiyyətinin yüksəldilməsinə necə təsir göstərəcək və məktəblər arasındakı fərqlərin qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirib ki, məktəblərdə adambaşı maliyyələşmə təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək:

"Bura qədər 3-5 nəfər şagirdin və 25-30 şagirdin maliyyələşməsi eynilik təşkil edirdisə, indi isə konkret olaraq, şagird sayı olan məktəblərdə maliyyələşmə sırf şagird sayına görə müəyyən olunacaq. Daha əvvəlki kimi kütləvi xarakter almayacaq. Əvvəl büdcədən maliyyələşmədə, deyək ki, bunları daha çox edirdisə, indi bunun qarşısı alınacaq. Bunun məntiqi nəticəsi olaraq, məktəblərdə təhsilin keyfiyyətinin artımını gözləyirik.

Çünki büdcədən maliyyə vəsaiti ayrılırdı, şagird uşaq kənddədir, ona dərs keçirilmirdi. O baxımdan ki, məsələn, iki şagirddir, cəmi biologiya dərsi və yaxud digər dərs olmalıdır. Həftəlik 4-5 saat dərs düşür. O 4-5 saatdan ötrü həmin yerə müəllim tutulmurdu və şagird o dərsi keçə bilmirdi. Nəticə etibarilə, bu, şagirdin təhsil keyfiyyətinə mənfi təsir göstərirdi. İndi isə adambaşı maliyyələşmədən sonra, rasionallaşma vaxtına uyğun olaraq, həmin şagirdlər məsafədən dərs məsələsində təhsilə yönləndiriləcəklər ki, bu da ümumilikdə təhsil keyfiyyətinə müsbət təsir göstərəcək. Onda, belə bir qərarın alınması, adambaşı maliyyələşmə məktəblərarası rəqabətin artmasına gətirib çıxaracaq. Hansı ki, şagird sayının çoxluğunu istəyən məktəblər keyfiyyət və kəmiyyət baxımından öz təhsil göstəricilərini də ortaya qoymuş olacaqlar. Bizim bununla yanaşı yanaşmamız ondan ibarətdir ki, adambaşı maliyyələşməyə keçdikdən sonra təhsil keyfiyyətinin də müsbətə doğru dəyişəcəyini gözləyirik".

Fatimə

Oxunub : 110
ŞƏRH YAZ
Ad

E-mail

Şərh