Təkadamlıq kameraya sığmayan Şahin Şıxlinski tanınmaz halda

Verx-İsetski Rayon Məhkəməsi “Azərbaycan-Ural” təşkilatının sədri Şahin Şıxlinski barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.
O, 2025-ci il dekabrın 30-na kimi istintaq təcridxanasında qalacaq.
Şahin Şıxlinski 2010-cu ildə iş adamı Fehruz Şirinovu qətlə yetirməyə cəhddə təqsirləndirilir. İstintaqın məlumatına görə, Şıxlinskinin əlaltısı Elman Süleymanov F.Şirinovu güllələməyə cəhd edib. Silahdan səhvən atəş açılıb və Şirinov və oğlu qatili yaxalayıblar.
Şıxlinski iyulun sonunda axtarışa verilib və avqustun əvvəllərində həbs edilib. O, Moskvada saxlanılaraq Yekaterinburqa aparılıb və orada İstintaq Komitəsi tərəfindən dindirilib.
Qeyd edək ki, o, bundan əvvəl regional ictimai monitorinq komissiyasının sədri Vladimir Popova qaldığı yer barədə şikayət edib. O deyib ki, "toyuq hini boyda daxma" kimi təkadamlıq kamerada oturub. Bu kamera təmir edilsə də, onun boyda kişi üçün son dərəcə kiçikdir.
Sonuncu məhkəmədə isə onun tanınmaz hala düşdüyü görünür.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












