“Telefon da, sosial şəbəkə də olmalıdır” - Aylinlə Mirağadan açıqlama - VİDEO

“Tövsiyə edirəm ki, uşaqlar həmişə rahat beyinlə dərs oxusunlar.Yəni, telefon da olmalıdır, sosial şəbəkə də...”
Avtosfer.az xəbər verir ki, bunu İctimai TV-yə açıqlamasında 4-cü qrup üzrə 697.5 balla ən yüksək nəticə göstərən Aylin Xəlilova bildirib.
Bakı şəhər 220 saylı məktəbdən məzun olan Aylinin sözlərinə görə, bu uğuru əldə etmək üçün gecə-gündüz çalışmaq şərt deyil: “Əslində mən də əvvəllər belə düşünürdüm. İstirahət edəndə özümü günahkar hiss edirdim. Ancaq bu yalnış düşüncə tərzidir. 10-11 sinif bizim ən gözəl yaş dövrümüzdür. Bu gözəl illərimizi imtahana görə həba etməməliyik. Gələcəkdə atam kimi ümumi cərrah olmaq istəyirəm. 6 il bakalavrı burada oxuduqdan sonra xaricdə təhsilimi davam etdirib vətənimə savadlı bir kadr olaraq dönmək istəyirəm”.
Aylinin atası Rauf Xəlilov isə qızından bu nəticəni gözlədiyini bildirib: “Çox çalışqandır. Mən istəyirdim ki, çox oxumasın. Əziyyət, stres çəkməsinin tərəfdarı olmamışam”.
Neftçala məktəblisi Mirağa Əliyev isə qəbul imtahanında 1-ci qrup üzrə ən yüksək nəticə göstərən iki məzundan biridir. 675 bal toplayan abituriyent qeyd edib ki, buraxılış imtahanında maksimum nəticə göstərməməsinin səbəbi vaxtı düzgün bölməməsi olub: “Buna görə nəticəm az gəlmişdi və motivasiyam düşmüşdü. Ancaq blok imtahanından maksimum nəticəni yığmağı bacardım. Orta məktəbdən qarşıma qoyduğum hədəf neft-qaz mühəndisi olmaq idi. Bakı Ali Neft Məktəbində təhsil almaq istəyirəm”.
Daha ətraflı videomaterialda:
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA











