Tərtərdə cinayət əməllərində şübhəli bilinən şəxslər saxlanılıblar

Tərtər Rayon Polis Şöbəsinə Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndinin ərazisindən dövlət əmlakı olan dəmir boru və toxuma torların oğurlanması barədə məlumat daxil olub.
DİN Mətbuat Xidməti Bərdə regional qrupundan Avtosfer.az-a bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Xəyal Nəsirov saxlanılıb. Onun yaşadığı ünvandan 471 ədəd dəmir boru və 46 top toxuma maddi sübut kimi götürülüb.
Bundan başqa, polis əməkdaşlarının narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına qarşı keçirdiyi tədbirlər nəticəsində 54 yaşlı Firdovsi Həsənov saxlanılıb. Yaşadığı ünvana baxış zamanı oradan aqrotexniki qaydada dibçəklərdə yetişdirilən çətənə bitkiləri aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












