“Texnologiya və innovasiyalar” İşçi qrupunun iclası keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, İşçi qrupun rəhbəri və üzvləri, eyni zamanda özəl sektor nümayəndələri iştirak ediblər.
Avtosfer.az xəbər verir ki, toplantıda “Texnologiya və innovasiyalar” İşçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planının icra statusu, tədbirlərin icrası zamanı qarşıya çıxan problemlər və müvafiq həll yolları müzakirə olunub.
İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov açılış nitqi ilə çıxış edərək Fəaliyyət Planının tam və vaxtında icrası, eyni zamanda “Qlobal İnnovasiya İndeksi”nin növbəti nəşrlərində ölkənin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə İşçi qrupun üzvləri ilə aylıq əsasda tematik görüşlərin keçirilməsinin və Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya daxilində yaradılmış digər aidiyyəti işçi qrupları ilə müzakirələrin aparılmasının vacibliyini bildirib.
Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev isə “Qlobal İnnovasiya İndeksi”nin növbəti buraxılışının qiymətləndirilməsi üçün Dünya Əqli Mülkiyyət Agentliyi tərəfindən məlumatların toplanılma prosesinin yekun mərhələdə olduğunu diqqətə çatdırıb. O, həmçinin vurğulayıb ki, “Qlobal İnnovasiya İndeksi”nə daxil olan indikatorların əhəmiyyətli hissəsinin icrasının təmin edilməsinə “Texnologiya və innovasiyalar” İşçi qrupu cavabdehdir və bu istiqamətdə onun fəaliyyəti aparıcı rola malikdir.
İclasda səsləndirilən fikirlər əsasında İşçi qrup müvafiq təkliflər və qərarlar qəbul edib.
Məlumat üçün bildirək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” İşçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir (https://azranking.az/az/working-groups).
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












