Təyyarəsində nasazlıq yaranan Dövlət katibi Almaniyaya yenidən yola düşdü - YENİLƏNİB

ABŞ Dövlət katibi Marko Rubio Almaniyaya başqa təyyarə ilə yola düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə "ABC News" telekanalı Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.
"Dövlət katibi Rubio indi daha kiçik təyyarə ilə təhlükəsiz şəkildə Münhenə doğru hərəkət edir", - deyə mənbə bildirib.
Qeyd edək ki, Rubio cümə günü Münhen Təhlükəsizlik Konfransında iştirak etməlidir.
***
ABŞ Dövlət katibi Marko Rubionun Almaniyanın Münhen şəhərinə yollanan təyyarəsi texniki nasazlıq səbəbindən geri qayıtmalı olub.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamentində mənbəyə istinadən “CBS” yayıb.
Bildirilib ki, uçuş zamanı mexaniki problemlə üzləşən təyyarə Endryus bazasına tərəf geri yönləndirilib.
Rubionun Almaniya və daha sonra Yaxın Şərqə səfərinə başqa təyyarə ilə davam edəcəyi vurğulanıb.
Qeyd edək ki, ABŞ Dövlət katibi fevralın 14-dən 16-na qədər Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etməli idi. Onun tədbir zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılır.
Bununla yanaşı, ABŞ Prezidenti Donald Trampın açıqlamasına görə, bu gün tədbir çərçivəsində Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin görüşü baş tutmalıdır.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












