“Tik-Tok” və “Instagram”da qadınların səhifələrinə kiber hücumlar edən şəxs saxlanıldı - VİDEO

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən sosial şəbəkə və digər onlayn platformalarda vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə əməliyyat-profilaktik tədbirlər davam etdirilir.
DİN-dən Avtosfer.az-a verilən xəbərə görə, növbəti tədbir zamanı “Tik-Tok”, “Instagram” və bu kimi sosial şəbəkələrdən istifadə edən qadınların səhifələrinə kiberhücumlar edərək şəxsi məlumatlarını ələ keçirən 22 yaşlı Rəşad Məmmədov saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, R.Məmmədov zərərçəkənlərə məxsus video, eləcə də fotolara xüsusi proqramlar vasitəsi ilə qeyri-etik səs effektləri və məlumatlar əlavə edərək sosial şəbəkələrdə özünə məxsus səhifələrdə paylaşıb. Görüntüləri paylaşılan şəxslərlə əlaqə saxlayan R.Məmmədov onların adına saxta səhifələr yaratdığını bildirib və hədə-qorxu gələrək rüsvayedici profillərin silinməsi müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində istintaq müddətində həbs qətimkan tədbiri seçilib.
Onun bu kimi qanunsuz hərəkətləri nəticəsində zərərçəkən digər şəxslərin də dairəsinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI











