"TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı

Sosial şəbəkədə qeyri-etik hərəkətlər edən tiktoker saxlanılıb.
Avtosfer.az Modern.az-a istinadla xəbər verir ki, 47 yaşlı Zakir Musayev (şərti ad) "TikTok" sosial şəbəkəsində özünə məxsus səhifədə canlı yayım açıb. Bu zaman o, nalayiq ifadələr işlədib və bununla da ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.
Fakt əsasında Z.Musayev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Z.Musayev ifadəsində bildirib ki, ilk dəfədir canlı yayım açır. Canlı yayım açmaqda məqsədi Rusiyada yaşayan əsgər yoldaşları ilə söhbətləşmək olub. Onun sözlərinə görə, izləyicilərdən biri övladını təhqir etdiyi üçün o da nalayiq ifadə işlədib. Z.Musayev əməlindən peşman olduğunu deyərək məhkəmədən ədalətli qərar qəbul edilməsini istəyib.
Məhkəmənin qərarı ilə Zakir Musayev inzibati qaydada 500 manat məbləğində cərimələnib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












