"TikTok"da söyüş söydü, həbs edildi

"TikTok" sosial şəbəkəsində söyüş söyən şəxs həbs edilib.
Avtosfer.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, 1977-ci ildə Yevlax şəhərində doğulmuş Həsənov Elnur Rəşid barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi) maddəsi protokol tərtib olunub.
O, "TikTok" sosial şəbəkəsində özünə məxsus "Sidoy" adlı hesabdan canlı yayın açaraq çoxsaylı izləyici qarşısında təhqiredici və nalayiq ifadələr işlədib.
Məhkəmənin hökümü ilə Elnur Həsənov İXM-nin 510.2- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 17 gün müddətinə inzibati qaydada həbs edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












