Tolikdən sərt açıqlama: "Bu, səhv qərardır”

Tanınmış prodüser və aparıcı Tarix Əliyev (Tolik) son günlər Heydər Əliyev Beynəlxalq Hava Limanında adi taksi xidmətindən istifadənin məhdudlaşdırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı aparıcı sosial şəbəkə hesabında da fikirlərini bölüşüb.
O bildirib ki, əvvəllər hava limanının dayanacağında avtomobil saxlamağın bir günlük qiyməti 5 manat idi, indi isə 15-20 manat ödəyirlər:
“Bu gün bütün xəbər portallarında belə bir məqalə yayımlanıb ki, bu gündən etibarən artıq Heydər Əliyev Beynəlxalq Hava Limanında “Bolt” daxil, digər taksi şirkətlərindən sifariş etmək qadağan olunub. Bildirim ki, əvvəllər aeroportda maşın saxlamaq 24 saat üçün 5 manat idi.
3-4 gün saxlayanda maksimum 15-20 manat ödəyirdik. İndi isə bir günlük qiymət 15 manata qaldırılıb. Deməli, orada 3-4 gün maşın saxlasan, 60-70 manat yazacaq”.
Prodüser əlavə edib ki, yeni qaydalardan sonra sərnişinlər çətin vəziyyətdə qalacaq:
“Bir dəfə maşınsız idim, “London” taksilərinə mindim. Evimə gələnə qədər az qaldım yeddi dəsmalla ağlayım. Taksi sürücüsü başladı ki, günlük planı yığmaq olmur, problemlər var, bütün gün işləyirik. İndi məni tanıyırlar deyə... orada 20-22 manat göstərilsə də, mən məcbur oldum səhv eləmirəmsə, bu adama 45 və ya 50 manat ödədim.
İndi biz aeroportdan gələndə gecə kimisə zəng edib “gəl, bizi götür” deyə çağıra bilməyəcəyik, bu bir. İkincisi, mənim anam xaricdən gələndə interneti olmayacaq, telefonda tətbiqi yoxdur. Məcbur “London” taksisinə minəcək, 20 manatlıq yolu 30-40 manata, buradan Lökbatana isə 50 manata aparacaqlar”.
Tarix Əliyev qeyd edib ki, aeroportda “Bolt” daxil digər taksi şirkətlərin qadağan olunması səhv qərardır:
“Camaat burada 10 manatlıq yola görə getmək istəyirsə, deyəcəksiniz ekspress avtobuslar var. Olsun da, amma hər kəs avtobusla getmək məcburiyyətində deyil. Çünki bunun baqajı var. Heç olmasa, şəhərdən müştəri gətirən taksi sürücüləri aeroportun girişində sərnişin götürüb 10-15 manat qazanırdılar ki, boş qayıtmasınlar. İndi bunun da qarşısını kəsdiz. Bu necə olacaq?
Hamı “London” taksilərinə minməyə məcburdurmu? Birincisi, “London” taksiləri çox rahat deyil, onun içində oturmaq olmur. İnsanlar bunu məcburən etməlidir? Türkiyədə də belə bir qayda var ki, yalnız sarı taksilər aeroport ərazisinə daxil olur. Bunu başa düşdük, əgər “Bolt” və “Uber” kimi taksi şirkətləri fəaliyyət göstərir. Bunlar oraya necə girə bilmirlər? Yəni bu zorla sən mənim maşınıma minməlisən deməkdir. Minmək istəmirəm də.
6 nəfərdi deyəcək 2 dənə taksi götür. Cəmi 4 nəfərlikdir, qabaqda oturmaq olmur. Yəni bu nə qədər düzgündür? Düşünürəm ki, bu, səhv qərardır. Hansısa bir özəl müəssisənin çıxartdığı qərar 10 minlərlə taksi sürücülərinin, kasıb ailələrin qəzəbina uğrayacaq. Bu, səhv bir addımdır, mən belə başa düşürəm”.(cebhe.info)
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı










