Torpaq sürüşməsi bu yolu yararsız hala saldı

Son günlər Dəmirçi–Lahıc avtomobil yolundan istifadə edən sürücülər ciddi çətinliklərlə üzləşirlər. Yolun bir neçə hissəsində baş verən torpaq sürüşmələri və digər səbəblər nəticəsində çatlar, qabarmalar və yarğanlar əmələ gəlib. Bəzi yerlərdə asfalt qatı və yol yatağı tamamilə sıradan çıxıb.
Avtosfer.az xəbər verir ki, sürücülərin sözlərinə görə, xüsusilə həftə sonları və gecə saatlarında bu yoldan istifadə etmək xeyli təhlükəlidir. Elə hallar olur ki, yolun qəzalı vəziyyətdə olmasına görə sürücülər geri qayıtmağa məcbur qalırlar.
Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllının Lahıc qəsəbəsi ilə birləşdirən yolun uzunluğu 22 kilometrdir. Bu marşrut həm yerli əhali, həm də Lahıca üz tutan turistlər üçün əsas yol sayılır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli AZƏRTAC-a açıqlamasında bildirib ki, Dəmirçi–Lahıc avtomobil yolu sürüşmə zonasında yerləşir. Bu amil yolun vəziyyətinə də təsirsiz ötüşmür. Nəticədə bəzi hissələrdə asfalt örtükdə çatlar və dağılmalar müşahidə olunur. “Agentliyin əməkdaşları tərəfindən yol daim nəzarətdə saxlanılır və hərəkətə mane ola biləcək hallar baş verdikdə operativ müdaxilə edilir. Bununla yanaşı, yolun bəzi hissələrinin əsaslı bərpasına ehtiyac yaranıb. Bu istiqamətdə təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub və maliyyə vəsaitinin ayrılması gözlənilir. Vəsait ayrıldıqdan dərhal bərpa işlərinə başlanılacaq”, – deyə o əlavə edib.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA











