Tovuzda narkokuryerlik edən keçmiş məhkum tutuldu - FOTO - VİDEO

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Sahib Allahverdiyev saxlanılıb. Ondan 2 kq-dan çox çəkidə marixuana və heroin aşkar edilib.
Avtosfer.az xəbər verir ki, araşdırmalar zamanı S. Allahverdiyevin ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayon ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə etdiyi müəyyən edilib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Bundan başqa Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən profilaktik tədbirlər nəticəsində 22 rayon sakini müvafiq sənədləri olmayan müxtəlif markalı ov silahlarını polisə könüllü təhvil veriblər.
Qeyd edək ki, ilin əvvəlindən şöbə əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər nəticəsində 100-ə yaxın müvafiq sənədləri olmayan müxtəlif markalı ov silahları polisə könüllü təhvil verilib.
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA















