Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi

Türkiyədə sosial şəbəkə paylaşımlarından sonra həbs edilən, "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalanın həyat yoldaşı Çağla Öz Tançalan da həbs olunub.
Avtosfer.az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
Van Baş Prokurorluğu tərəfindən Mehmet Fatih Tançalanın sosial media paylaşımları ilə əlaqədar "cinayət yolu ilə əldə edilən aktivlərin yuyulması" ittihamı ilə başlanan istintaq davam edir.
Bu çərçivədə qızılın tapıldığı evin sahibi Çağla Öz Tançalan, S.A., Mehmet Fatih Tançalanın qayınanası N.O. və əmisi oğlu M.T. saxlanılıblar.
Polis idarəsində müvafiq prosedurlar başa çatdıqdan sonra Çağla Öz Tançalan həbs olunaraq həbsxanaya göndərilib.
Xatırladaq ki, Türkiyədə sosial şəbəkələrdə "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalan barəsində sosial media paylaşımlarına görə Van Baş Prokurorluğu tərəfindən Türkiyə Cinayət Məcəlləsinin (TCK) 301-ci maddəsi ilə istintaq başlanıb. Tançalana məxsus olduğu iddia edilən sosial media paylaşımlarında türk millətinin, Türkiyə dövlətinin, dövlət qurumlarının və orqanlarının təhqir edildiyi iddia olunur. Həmçinin onun toyunda hədiyyə olaraq taxılan, ümumi dəyəri 44 milyon Türkiyə lirəsi olan külli miqdarda qızılın mənbəyi ilə bağlı da araşdırmaya başlanılıb.
Daha sonra "Vanlı Kara Haydar" cinayət yolu ilə əldə edilən aktivlərin yuyulması ittihamı ilə həbs edilib.
Hadisədən sonra Çağla Öz 1,5 milyon izləyicisi olan sosial media hesabını bağlamışdı.
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb












