Trabzondan gələn gəmi Soçi limanına buraxılmadı

Trabzon şəhərindən gələn bərənin Rusiyanın Soçi limanına girişinə icazə verilməyib və iki gündən çox gözlədikdən sonra gəmi Türkiyəyə qayıdır.
Avtosfer.az xəbər verir ki, “SVS Shipping” MMC rəhbərliyinin məlumatına görə, iki gün yarım gözləyən bərənin Soçi limanına girişinə icazə verilməyib və gəmi Rusiyada sərnişinləri düşürmədən Trabzona qayıdır.
Noyabrın 6-da Trabzondan hərəkət edən “Seabridge” bərəsinin Rusiyaya giriş icazəsinin olmaması və ərazidə təlim məşqləri keçirilməsi səbəbindən Soçi limanına girişinə icazə verilməyib. Rusiya Tur Operatorları Assosiasiyasının məlumatına görə, gəmidə təxminən 20 sərnişin olub və onların əksəriyyəti Rusiya vətəndaşdır.
Krasnodar diyarı administrasiyası təhlükəsizlik məsələlərinin həll olunmaması səbəbindən Soçi ilə Türkiyənin Trabzon şəhəri arasında müntəzəm bərə xidmətinin açılmasını vaxtından əvvəl hesab etdiyini qeyd edib.
Soçi ilə Trabzon arasında bərə xətti 1993-cü ildən 2011-ci ilə qədər fəaliyyət göstərib. Marşrutun 2024-cü ilin dekabrında bərpa edilməsi planlaşdırılırdı, lakin həmin plan dəfələrlə təxirə salınıb.
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri












