Trampa verilən mükafatın müəllifi Elxan Məmmədovun atası imiş... - FOTO

Dünən Vaşinqtonda keçirilən 2026-cı il dünya çempionatının püşkatma mərasimi zamanı ABŞ Prezidenti Donald Trampa təqdim edilən FİFA sülh müqaviləsi ilə bağlı maraqlı məqam məlum olub.
Avtosfer.az-ın Modern.az-a istinadən məlumatına görə, Trampa verilən tunc mükafat Azərbaycanın Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin “Düşüncələr və arzular” adlı məşhur əsərinin miniatür variantıdır.
Səlhab Məmmədov Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Rəssamlar İttifaqı sədrinin birinci müavinidir. O, AFFA-nın sabiq baş katibi, hazırda FİFA-da Avropa milli assosiasiyaları departamentinə rəhbərlik edən Elxan Məmmədovun atasıdır.
Əli İbadullayev də Rəssamlar İttifaqının üzvüdür.
Fotoda: Səlhab Məmmədov və Əli İbadullayev
(1).jpg)
Hündürlüyü 4 metr olan abidə hazırda Cenevrədə, BMT-nin Millətlər Sarayının qarşısındakı parkda yerləşir.
1929-1938-ci illərdə inşa olunmuş Millətlər Sarayı dünyanın ən böyük ictimai binalarından biridir və onun yerləşdiyi 46 hektar sahəyə malik Ariana parkı Cenevrənin ən böyük parkları sırasındadır. Millətlər Sarayının binasında və Ariana parkında 2000-dən çox incəsənət, rəsm və heykəltəraşlıq əsəri nümayiş olunur. Bu zəngin kolleksiya BMT-nin əsas dəyərləri olan sülh, bərabərlik, inkişaf, tərəqqi, azadlıq, insan hüquqları, ətraf mühit kimi mövzuları əhatə edir.
Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 25-ci ildönümü münasibətilə abidə BMT-yə hədiyyə verilib.

Qeyd edək ki, FİFA bu mükafatı ilk dəfə təsis edib. FIFA rəhbəri Canni İnfantino çıxışında Trampın “sülh naminə gördüyü fövqəladə işləri” xüsusi qeyd edib. Onun sözlərinə görə, ABŞ prezidenti “insanları birləşdirmə səyləri və dünya üzrə sülhün qorunması üçün atdığı addımlara görə”, hətta Nobel Sülh Mükafatına layiq görülməli idi.
“Bu addımınıza və bu yolda əldə etdiklərinizi nəzərə alaraq, siz tamamilə FİFA-nın ilk Sülh Mükafatını haqq edirsiniz”, - İnfantino bildirib.

D. Tramp isə çıxışında diplomatik təşəbbüsləri sayəsində “on milyonlarla insanın həyatını xilas etdiyini”, bir çox münaqişələrin “başlamadan qarşısını aldığını” deyib.
“Bu mənim həyatımın ən böyük şərəflərindən biridir”, - ABŞ prezidenti vurğulayıb.


Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












