Trampın yeni gömrük rüsumları Meksikaya 15 milyard dollara başa gələ bilər

ABŞ Prezidenti Donald Tramp administrasiyasının noyabrın 1-dən tətbiq etməyi planlaşdırdığı yeni gömrük rüsumları Meksikaya 15 milyard dollaradək ziyan vura bilər.
Avtosfer.az xəbər verir ki, Meksikanın iqtisadiyyat nazirinin xarici ticarət üzrə müavini Luis Rosendo Quterres bu barədə “Bloomberg” agentliyinin təşkil etdiyi forumda çıxışı zamanı deyib. “ABŞ-a tədarük edilən ağır yük maşınlarına tətbiq olunacaq rüsumlar 15 milyard dollarlıq ixracı risk altında qoyur”, – deyə Luis Rosendo Quterres bildirib. Onun sözlərinə görə, ABŞ-ın idxal etdiyi ağır yük maşınlarının 70 faizindən çoxu Meksikanındır və bu sektor ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır.
Agentliyin məlumatına görə, Meksika Prezidenti Klaudiya Şeynbaum bu məsələni Donald Trampla müzakirə etməyi planlaşdırır.
Qeyd edək ki, bir müddət öncə Prezident Donald Tramp noyabrın 1-dən etibarən ABŞ-a idxal olunacaq bütün orta və ağır tonnajlı yük avtomobillərinə 25 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.
Bundan əvvəl isə Birləşmiş Ştatların dövlət başçısı avqustun 1-dən etibarən Meksikadan ABŞ-a idxal olunan məhsullara 30 faizlik əlavə rüsum tətbiq ediləcəyini bildirmişdi. Onun sözlərinə görə, bu addım Meksikanın narkokartellərin fəaliyyətini və fentanil qaçaqmalçılığını dayandırmaq istiqamətində yetərli tədbirlər görməməsi ilə bağlıdır. Sonradan iki ölkə lideri arasında telefon danışığı nəticəsində ABŞ və Meksika arasında mövcud ticarət razılaşmalarının müddətinin 90 gün uzadılması barədə qərar qəbul olunmuşdu.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












