Trans-Əfqan dəmir yoluna dair saziş imzalanacaq

Özbəkistan, Pakistan və Əfqanıstan Trans-Əfqan dəmir yolunun texniki-iqtisadi əsaslandırmasının (TEƏ) hazırlanmasına dair sənəd imzalayacaqlar. Avtosfer.az bu barədə “Report”a istinadən xəbər verir. "Bu gün Özbəkistan və Pakistanın xarici işlər nazirlərinin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyətlərinin ikitərəfli və üçtərəfli danışıqlarda iştirak etmək üçün Kabilə səfəri baş tutacaq. Nümayəndə heyətlərinə Özbəkistanın nəqliyyat naziri və Pakistanın dəmir yolları naziri də daxildir. Səfərin əsas nəticəsi Trans-Əfqan dəmir yolu dəhlizinin texniki-iqtisadi əsaslandırılması layihəsinə dair sazişin imzalanması olacaq", - məlumatda bildirilib. Sənədi Əfqanıstanın ictimai işlər naziri, Özbəkistanın nəqliyyat naziri və Pakistanın dəmir yolları naziri imzalayacaq. İmzalanma mərasimindən əvvəl tərəflər Əfqanıstan xarici işlər nazirinin sədrliyi ilə üçtərəfli siyasi məsləhətləşmələr keçirəcək və siyasi qarşılıqlı fəaliyyət, iqtisadi əməkdaşlıq və regional sabitliyin təmin edilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər. İmzalanma mərasimindən sonra Özbəkistan və Pakistan nümayəndələri Əfqanıstanın bir sıra yüksək rütbəli rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcəklər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












