Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteyner daşımaları ucuzlaşıb

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə konteynerlərin daşınma xərcləri aşağı düşüb.
Avtosfer.az bu barədə "Report"a istinadən xəbər verir.
Məlumata əsasən, tariflər dəniz nəqliyyatı bazarında stabilləşmə və Qara dəniz üzərindən keçən dəniz marşrutlarının Xəzər dənizinə yönləndirilməsi fonunda üçüncü aydır ki, ardıcıl azalır.
40 futluq konteynerlərin (40 HQ) Almatı və Aktauya daşınma qiyməti 5 350-5 400 ABŞ dolları təşkil edir. Bu göstərici oktyabrda 5 600-5 700 ABŞ dolları idi. TBNM üzrə konteynerlərin daşınmasında yubanmaların azalması Almatı – Aktau – Bakı – Ələt – Poti marşrutu üzrə tranzitin 20 günə enməsinə səbəb olub. Bu, bir neçə ay əvvəl 30 gündən artıq idi.
Qeyd edilib ki, TBNM üzrə 40 futluq konteynerin Şanxaydan Potiyə dəniz ilə daşınması 35-40 gün çəkir, qiyməti 2 000-2 500 ABŞ dolları təşkil edir. Türkiyənin Mersin limanından Potiyə qədər olan marşrut 18-25 gün çəkir və 6 800-7 000 ABŞ dollarına başa gəlir.
Bazar iştirakçılarının oktyabrın sonuna olan məlumatlarına görə, Azərbaycan, Gürcüstan və Qazaxıstanda hələ də bir neçə min boş konteyner dayanıb. Çinin İu və Çjençjou, həmçinin Çinin şərqindəki qonşu stansiyalardan Abşerona konteyner daşımaları sentyabrdakı 5 500-7 300 ABŞ dollarından 5 350-7 050 dollarına qədər ucuzlaşıb.
İudan Türkiyə və Avropa terminallarına konteyner göndərişləri oktyabrda orta hesabla 6-8 % bahalaşıb. Konteynerlər Aktaudan gələn fider gəmilərinin boşaldıldığı Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə Avropaya daşına bilər. Bundan əlavə, Abşeron quru limanında konteynerlər sonradan Gürcüstan vasitəsilə Türkiyəyə çatdırılması üçün avtomobil nəqliyyatına yüklənə bilər.
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı










