Trans-Xəzər marşrutu üzrə tranzit həcmi 5 il ərzində 6 dəfə artıb

Hazırda Qazaxıstanın dəmir yolları ötürücülük qabiliyyəti normasında fəaliyyət göstərir. Bunu ölkənin Baş naziri Oljas Bektenov bildirib. Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, son 5 ildə ümumi tranzit həcmi 50 faiz artıb, Trans-Xəzər marşrutu üzrə isə 6 dəfə çoxalıb. Təkcə ötən il Çindən Avropaya daşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. Hazırda Çinlə sərhəddə dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması üçün genişmiqyaslı işlər aparılır. “Bu il Dostıq–Moyıntı dəmir yolu xəttində ikinci yolu və Almatı ətrafında dairəvi yolu istifadəyə verəcəyik. Gələn il isə Darbaza–Maxtaral xəttinin inkişafını davam etdirəcəyik. Moyıntı–Kızıljar, Baxtı–Ayaqoz layihələri isə yaxın perspektivdə ötürücülük qabiliyyətimizi 10 milyon tona qədər artırmağa imkan verəcək”, – deyə hökumət başçısı vurğulayıb. Qeyd edək ki, Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin ilə Avropa ölkələrini Qazaxıstan ərazisindən, Xəzər dənizi hövzəsindən, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə birləşdirir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












