TRASEKA və BMT AİK Multimodal rəqəmsal Transxəzər dəhlizinin formalaşdırılmasına dair 22-ci beynəlxalq seminar keçirib - FOTO

Bakıda TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin (TRASEKA HAK DK) qərargahında hibrid formatda, ticarət və nəqliyyat prosedurlarının sadələşdirilməsi və məlumat mübadiləsi sahəsində potensialın gücləndirilməsinə dair «Multimodal rəqəmsal Transxəzər dəhlizinin təşviqi: metodologiya və növbəti addımlar» mövzusunda 22-ci beynəlxalq seminar keçirilib. Tədbir BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (BMT AİK), Azərbaycan Respublikasının hökuməti və inkişaf tərəfdaşları ilə birgə TRASEKA HAK DK tərəfindən təşkil olunub.
Yüksək səviyyəli seminar TRASEKA və SPEKA regionları ölkələrinin profil qurumlarının rəhbərlərini və aparıcı nümayəndələrini, dəmiryol idarələrini və limanları, beynəlxalq qurumları (Avropa Komissiyası, Dünya Bankı, GIZ, ITC, BMT SEFACT), həmçinin biznes ictimaiyyətini bir araya gətirib.
TRASEKA HAK DK-nın baş katibi Jasurbek Çoriyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri İlham Namazov, Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç salamlama nitqləri ilə iştirakçılara müraciət ediblər.
Gündəliyin əsas məsələlərindən biri elektron daşıma sənədlərinin tanınması üçün marşrut ölkələrinə vahid hüquqi baza təmin etməyə yönəlmiş TRASEKA-nın multimodal məlumat və sənəd mübadiləsi haqqında Sazişinin müzakirəsi olub. Bununla yanaşı, Transxəzər multimodal rəqəmsal dəhlizinin BMT SEFACT standartları əsasında yaradılması üzrə Metodologiya layihəsi, o cümlədən «rəqəmsal dəhliz» anlayışı müzakirə edilib.
Dəmiryol, dəniz, avtomobil və hava nəqliyyatı ilə daşımalarda məlumatların və yük müşayiət sənədlərinin rəqəmsallaşdırılması üzrə pilot layihələrin həyata keçirilməsi statusuna: Azərbaycan, Gürcüstan, Qazaxıstan, Moldova, Türkiyə və Ukraynanın dəmiryol idarələrinin iştirakı ilə həyata keçirilən e-CİM/SMGS pilot layihəsinin nəticələrinə, SMGS dəmiryol yük qaiməsinin rəqəmsal transformasiyasına, Xəzəryanı limanlar arasında məlumat mübadiləsinə, regional məlumat toplusunun formalaşdırılmasına, həmçinin multimodal elektron platformalara və eCMR layihələrinə xüsusi diqqət yetirilib.
Tədbirin proqramı üç sessiyanı əhatə edib. Həmin sessiyalar çərçivəsində məruzəçilərin çıxışları və təqdimatları, o cümlədən sual-cavab, fikir və təcrübə mübadiləsi üzrə interaktiv sessiyalar olub. Yekun sessiya TRASEKA HAK DK-nın baş katibinin moderatorluğu ilə maraqlı tərəflər arasında dəyirmi masa formatında keçirilib və orada inkişaf tərəfdaşları ilə çoxtərəfli layihələrin əsasları, o cümlədən mümkün TRASEKA–ASEAN multimodal rəqəmsal təşəbbüsü müzakirə edilib.
Seminarın yekunlarına əsasən regionda uyğunlaşdırılmış rəqəmsal həllərin tətbiqinin hüquqi və texniki maneələrinin müəyyən edilməsi və onların birgə aradan qaldırılması üzrə tədbirlərin təklif olunması, həmçinin regionun inkişafı naminə nəqliyyat proseslərinin təkmilləşdirilməsi sahəsində növbəti addımların və əməkdaşlığın yeni perspektivlərinin müəyyən edilməsi nəzərdə tutulur.
Məlumat üçün:
Seminar 2023-cü il noyabrında SPEKA Sammitində ölkə liderləri tərəfindən təsdiqlənmiş Transxəzər marşrutu boyunca multimodal məlumat mübadiləsinin rəqəmsallaşdırılması üzrə Yol Xəritəsinin həyata keçirilməsində növbəti praktiki addım kimi hesab edilir. Təşəbbüs 2022-ci il Bakı Konfransının və 2023-cü il SPEKA Nazirlər Bəyannaməsinin qərarlarını inkişaf etdirərək, 2025–2026-cı illərdə Türkmənistanda, Bakıda və Astanada keçirilmiş növbəti regional seminarlar silsiləsinin nəticələrini ümumiləşdirir.
Ölkələr: Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rumıniya, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX

















