TRIPP-in infrastruktur layihələrinin icrasına nə vaxt başlanılacaq? - FOTO

"Yaxın gələcəkdə TRIPP marşrutunun əsas infrastruktur layihələrinin (avtomobil yolu, dəmir yolu və elektrik verilişi xətləri) eskizləri ictimai müzakirəyə təqdim ediləcək, bundan sonra isə daha ətraflı layihələndirmə işlərinə başlanılacaq".
Avtosfer.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan hökumətin iclasında Mehri bölgəsinə səfərinin yekunlarından danışarkən bildirib.
Səfər zamanı hökumət nümayəndələri gələcək infrastrukturların (hazırkı mərhələdə dəmir yolu, avtomobil yolu və elektrik xətləri nəzərdə tutulur) yerləşməsi ilə tanış olublar.
Baş nazirin müavini qeyd edib ki, dəmir yolu marşrutu üzrə vəziyyət aydındır, sadəcə olaraq konstruksiyaların (tunellərin və s.) vəziyyətini yenidən qiymətləndirmək lazımdır, tezliklə layihələndirməyə başlanacaq.
Onun sözlərinə görə, elektrik verilişi xətləri ilə bağlı da bir çox məsələlər aydınlaşıb. Avtomobil yolu ilə bağlı isə hələ müzakirə edilməli olan məsələlər var, çünki marşrut üzərində çətin keçilən ərazilər mövcuddur.
"Yolun tranzit daşımaları üçün rəqabətədavamlı olmasını təmin etmək məqsədilə biz bu məsələni həll etməliyik", - deyə Qriqoryan vurğulayıb.
Ermənistan rəsmisi izah edib ki, bu infrastrukturları idarə edəcək "TRIPP Development Company" (Ermənistan-ABŞ müəssisəsi) tam formalaşana qədər gözləmədən hər üç istiqamət üzrə layihələndirməyə başlamaq mümkündür. Sonradan bütün işləmələr həmin şirkətə təhvil veriləcək.
Xarici işlər naziri Ararat Mirzoyan isə xatırladıb ki, TRIPP ilə bağlı razılaşma bu günlərdə parlamentin xarici əlaqələr üzrə daimi komissiyasında müzakirə olunub və böyük ehtimalla bir həftə sonra parlamentin plenar iclasında baxılacaq. O əlavə edib ki, adıçəkilən Ermənistan-ABŞ birgə şirkətinin yaradılması prosesi artıq yekunlaşmaq üzrədir.
11:04
Ermənistanın aidiyyəti idarələrinin rəhbər şəxsləri TRIPP-in ("Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu") infrastruktur layihəsinin icrasına başlanması və gələcək addımların müəyyən edilməsi ilə bağlı təşkilati məsələləri yerindəcə müzakirə etmək üçün Zəngəzur bölgəsinə yollanıblar.
Bu barədə Oxu.Az Ermənistan mətbuatına istinadla məlumat verir.
Zəngəzura səfər edən heyətin tərkibində Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan, ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan, eləcə də Şəhərsalma Komitəsinin sədri Yeqiazar Vardanyan yer alıblar.


Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












