Türkan limanından müəmmalı daşınmalar: "Reysə görə 140 manat almışıq"

Siqaret qaçaqmalçılığı ilə bağlı təqsirləndirilən şəxslərdən biri Fariz Məhərrəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən baxış iclası şahid ifadələri ilə davam edib.
Şahid C.Ə. təqsirləndirilən şəxsi tanımadığını deyib:
"Mən sürücüyəm. Amildən mənə zəng gəldi ki, Türkan limanından yük götürmək lazımdır. Normal şəkildə limana girdik, yükümüzü götürüb getdik. Belə zənglər dəfələrlə olub. Yüklərin nə olduğunu bilmirdim, ağzı həmişə bağlı olurdu. Bu işi E. adlı bir sürücü həmkarımla gördük, reysə görə 140 manat almışıq. Əvvəl 150 manata danışsaq da, sonra məbləği 140 manata saldılar. Yükləri boşaldana kimi Amil idmançı görkəmli bir adamla məni müşayiət edirdi. Amil sonra dedi ki, TIR-da problem çıxıb, maşın bir neçə gün burada qalmalıdır. Maşın başqa işim üçün də lazım idi, ona görə etiraz etdim".
Şahid Ş.M. limanda operator işlədiyini deyib:
"Mən ancaq konteynerdən yükləri boşaltmaqda iştirak etmişəm. Göstərişləri briqadirdən alırdıq".
Şahid Ə.Ə. bildirib ki, təqsirləndirilən Fariz Məhərrəmovu tanımır:
"Yükləri boşaltmışam, sonra konteyneri gəminin yanına aparmışam. Səhv etmirəmsə, yük Türkmənistana, ya da Qazaxıstana aparılırdı".
Növbəti iclas oktyabrın 16-na təyin edilib.
Qeyd edək ki, Fariz Məhərrəmov aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərindən biri kimi təqdim olunub. Onunla bağlı cinayət işi ayrıca icraata verilib.
Fariz Məhərrəmov barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. Ona Cinayət Məcəlləsinin 206.4-cü (qaçaqmalçılıq - xüsusilə külli miqdarda), 213-1.2.1-ci (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) və 213-1.2.3-cü (aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə yekun ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












