Türkanda BİABIRÇILIQ - İcra nümayəndəsi yalnız yaşadığı küçəni ASFALTLADIB - FOTO - VİDEO

Xəzər rayonu Türkan qəsəbəsində iki şəhid ailəsinin yaşadığı küçə 30 ildən çoxdur asfaltlanmır. Söhbət qəsəbənin Qasim İsmayılov küçəsiylə Poçt küçəsinin kəsişməsindəki yoldan gedir. Asfaltı olmayan yolda payız, qış aylarında hərəkət etmək çətinləşir. Yağış suları yolda palçıq və gölməçələr yaradır. İllərdir bununla bağlı yerli bələdiyyə, icra nümayəndəsinə Xəzər rayon İcra Hakimiyyətinə müraciətlər olunsa da, problem həll edilmmiş qalır.
Bəs icra nümayəndəsinin yaşadığı küçə?

Maraqlısı isə budur ki, sözügedən qəsəbənin başqa bir küçəsində yaşayan Türkan qəsəbə ərazi nümayəndəsi Əli Quliyevin ikimərtəbəli evinin qarşısındakı yol asfaltlanıb.
Uzağı 3 ay ərzində...
Bizim.media məsələ ilə bağlı icra nümayəndəsi Əli Quliyevlə əlaqə yaradıb. Açıqlama verən qurum rəsmisi şəhid ailələlərinin evinin yerləşdiyi küçənin 3 ay ərzində asfaltlanacağına söz verib:
“Bu yaxınlarda da özüm şəxsən məsafəni ölçüb aidiyyəti quruma məlumat vermişəm. Uzağı 3 aya küçəyə asfalt yol çəkiləcək”.

“Bəs 30 ildir niyə asfaltlanmırdı” sualına gəlincə, Əli Quliyev bunları deyib:
“Həmin küçə dövlət layihəsinə salınıb. Bu günə qədər çəkilməməsi bizim yox, yolun problemidir”, -deyib.
O zaman icra nümayəndəsinin yaşadığı küçə niyə asfaltlanır?
Əli Quliyevin buna da maraqlı cavabı olub. O, deyib ki, yaşadığı küçənin asfaltlanması özü üçün deyil:

“Mənim yaşadığım küçədə əlil var, ona görə asfaltlanıb. Digər küçədə şəhid ailələrinin olduğunu bilirəm. Ora da asfaltlanacaq”, - deyə fikrini sonlandırıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












