Türkiyə mediası Prezident İlham Əliyevin müsahibəsinə geniş yer ayırıb - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər Türkiyə mediasında geniş işıqlandırılıb.
Avtosfer.az xəbər verir ki, xəbər agentlikləri, qəzetlər, informasiya portalları və televiziya kanalları Azərbaycan rəhbərinin Ankara ilə Bakının sıx əməkdaşlığı, Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsinin yolverilməzliyi barədə sözlərinə xüsusi diqqət yetirib.
Prezident İlham Əliyevin Yaxın Şərqdə, xüsusilə Fələstin və Suriyadakı vəziyyətlə bağlı mövqeyi geniş auditoriyaya çatdırılıb.
Türkiyə ictimaiyyətinə dövlətimizin başçısının İranda Azərbaycan və Türkiyə prezidentlərinin ünvanına səsləndirilən qalmaqallı bəyanatlara münasibəti də çatdırılıb.
Əsas diqqət Prezident İlham Əliyevin Cənubi Qafqazda silahlanma yarışının yolverilməzliyi ilə bağlı bəyanatlarına, siyasətçinin Ermənistanla sülhün perspektivləri ilə bağlı mövqeyinə və anti-Azərbaycan isterikasını qızışdıran Fransanı tənqid etməsinə cəlb olunub.
Bəzi media orqanları Azərbaycan Prezidentinin regional kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı sözlərini öz materiallarının sərlövhəsinə çıxarıblar.
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?



















