Türkiyə MMN-dən "C-130" hərbi təyyarəsinin qəzası ilə bağlı "qara qutu" açıqlaması - FOTO

Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsinin qara qutusunun TUSAŞ obyektlərində ətraflı araşdırıldığını açıqlayıb.
Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, nazirlik bu barədə bəyanat yayıb.
Bəyanatda deyilir ki, araşdırmalar başa çatdıqdan sonra nəticələr tam şəffaflıqla ictimaiyyətə təqdim ediləcək.
"Hazırda Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan "C-130" tipli hərbi yük təyyarəmizin qara qutu kimi tanınan FDR (Flight Data Recorder) və CVDR (Cockpit Voice Data Recorder) cihazlarının TUSAŞ obyektlərində öyrənilməsi, həmçinin hadisə yerində təyyarə qəzasını araşdıran komandamızın işi davam edir. Qəzaya uğrayan təyyarəmizin qalıqları Kayseridəki 2-ci aviasiya təmir zavodumuzda ətraflı şəkildə araşdırılacaq", - deyə bəyanatda deyilir.

Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












