Türkiyə və Ermənistan yaxınlaşır: Zəngəzurla bağlı yenilik olacaq?

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində mühüm bir mərhələ geridə qalıb. İki ölkə arasında birbaşa ticarətin bərpası üçün bütün bürokratik hazırlıqlar yekunlaşıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli rəsmi məlumat yayıb. Sözçü bildirib ki, 2022-ci ildən bəri davam edən normallaşma prosesi çərçivəsində atılan etimadyaratma tədbirləri öz bəhrəsini verir:
"Ölkəmizdə Ermənistan arasında birbaşa ticarətin başladılmasına dair bürokratik hazırlıqlar 11 may 2026-cı il tarixi etibarilə tamamlanmışdır".
Keçeli qeyd edib ki, yeni tənzimləməyə əsasən, Türkiyədən üçüncü ölkələr vasitəsilə Ermənistana gedən və ya eyni marşrutla gələn malların rəsmi sənədlərində son təyinat və çıxış nöqtəsi artıq birbaşa "Ermənistan/Türkiyə" olaraq qeyd edilə biləcək.
Sənədləşmədə "Ermənistan/Türkiyə" ifadəsinin işlənməsi artıq ticarət yollarının açıldığını göstərir.
Bu proses Zəngəzur dəhlizi ətrafında gedən müzakirələri sürətləndirə bilərmi? Yaxın aylarda bu addımın regiona konkret hansı siyasi dividendlər gətirə bilər?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Abutalıb Səmədovun sözlərinə əsasən, Ermənistanla Türkiyə sərhədinin açılması Zəngəzur dəhlizi ətrafında gedən prosesləri sürətləndirəcək:

“Müzakirələrin əsas hissəsi artıq bitib. Qoyulacaq investisiyalar, gəlirin bölünməsi məsələsi razılaşdırılıb. Sadəcə olaraq, Ermənistandakı parlament seçkilərinin nəticəsini gözləmək lazımdır ki, bundan sonra sürətlə Zəngəzur dəhlizi layihəsi işlənməyə başlasın. Türkiyə tərəfi üçün bu tarixi fürsətdir. Ermənistanla sərhədin açılması Türkiyənin Ermənistanda və bütövlükdə Cənubi Qafqazda möhkəmlənməsi deməkdir. Eyni zamanda Rusiyanın bölgədən çəkilib getməsi yaxud Rusiyanın nüfuzunun xeyli azalması deməkdir ki, bu da həm Ermənistan üçün, həm də Azərbaycan üçün çox mühüm əhəmiyyətə malik məsələdir”.
Politoloq erkən sevinməməyin lazım olmadığını və hər şeyin parlament seçkilərindən sonra bəlli olacağını vurğulayıb:
“Rusiya və Rusiya pərəst qüvvələr bütün güclərini səfərbər eləyib seçkini udmağa və gedən prosesləri tərsinə döndərməyə çalışırlar. Və onu da demək lazımdır ki, Nikol Paşinyanı çox ağır seçkilər gözləyir. Hətta müharibədən sonrakı məğlubiyyətindəki seçkilər zamanı da bu qədər gərgin seçki mübarizəsi olmamışdı. Bu seçkilərdə Paşinyanın Rusiya yönümlü qüvvələrə qalib gəlməsi lazımdır ki, başladığı islahatları, başladığı işləri davam etdirə bilsin. Türkiyə-Ermənistan sərhədinin açılması seçkilərə və seçicilərin səsverməsinə də öz təsirini göstərəcək. Çünki Ermənistanın Türkiyə ilə münasibətlərinin yaxşılaşması Türkiyə üçün o qədər də böyük bazar gətirməsə də, Ermənistan üçün, Ermənistan əhalisi üçün kifayət qədər üstünlüklər yarada bilər. Üstəlik nəzərə almaq lazımdır ki, Rusiya erməni əmək miqrantlarını tez-tez xatırladır və onları Rusiyadan çıxarmaqla hədələyir. Hesab eləyirəm ki, bu sərhədin açılması təkcə iki dövlət üçün yox, bütövlükdə bölgəmiz üçün çox mühüm hadisədir”.
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı










