Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Türkiyədə, bundan sonra “Ankara Hava Limanı” kimi adlandırılacaq və mülki uçuşlara da xidmət göstərəcək “Etimesgut” hərbi hava limanında əsaslı modernləşdirmə işləri başa çatdırılıb. Avtosfer.az xəbər verir ki, ANK kodu ilə hava limanının rəsmi açılışı iyunun 15-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutacağı planlaşdırılıb. “Ankara Hava Limanı” həm daxili, həm də beynəlxalq uçuşları həyata keçirəcək ki, bu da beynəlxalq tədbirlər və protokol proqramları zamanı yarana biləcək yükün “Esenboğa” Hava Limanına paylanmasına kömək edəcək. Yeni hava limanının iyul ayında Ankarada keçiriləcək NATO sammiti zamanı da istifadə edilməsi planlaşdırılır. Türkiyə hakimiyyət orqanlarının məlumatına görə, “Etimesgut” Hava Limanının modernləşdirilməsi layihəsi səkkiz aya başa çatıb, bütün sistemlər və uçuş-enmə zolağı isə beynəlxalq standartlara uyğunlaşdırılıb.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












