Türkiyədən Qərbin embarqosuna tutarlı cavab - FOTO

Azərbaycan ordusunun arsenalına “Aselflir-500” müşahidə və hədəf təyinetmə sistemi daxil edilib.
Avtosfer.az Azərtac-a istinadən bildirir ki, bu barədə Türkiyə və Azərbaycanın müştərək yaratdığı “Aselsan Baku”nun baş meneceri Özgür Kürüm deyib.
Xatırladaq ki, 44 günlük müharibə zamanı Türkiyə və Azərbaycana kameralara görə embarqo qoyulmuşdu.
Ö.Kurum “Aselflir-500” məhsulu barədə məlumat verərək onun Vətən müharibəsi zamanı Türkiyə və Azərbaycana kameralara görə embarqo qoyulmasının ardından istehsal edildiyini deyib: “Bu, PUA, helikopterlər və təyyarələr də daxil olmaqla sabit qanadlı və fırlanan qanadlı hava platformaları üçün hazırlanmış yüksək performanslı elektro-optik kəşfiyyat, müşahidə və hədəf təyinetmə sistemidir. Bizə verilən tapşırığa əsasən daha yaxşı kameralar hazırladıq və istehsal etdik. “Aselflir -500″ sistemi təxminən bir ay əvvəl Azərbaycanda havaya qaldırıldı. Embarqolara cavab olaraq onun ilk ixracatı da Azərbaycana oldu. Qısaca, Türkiyə və Azərbaycana embarqo qoyuldu, biz isə daha yaxşısını etdik”.
Kürüm bildirib ki, Azərbaycanın Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyi ilə müxtəlif müqavilələr imzalayıblar. Burada rabitə və kripto sistemləri, son vaxtlar qlobal əhəmiyyət kəsb edən məlumat və rabitə təhlükəsizliyi ilə bağlı anlaşmalardır.

“Biz hərbi elektronika sahəsində ixtisaslaşmış bir şirkətik. İstehsal proqramlarımız çərçivəsində biz smart sursatlar və rabitə ratsiya sistemlərimizin Azərbaycanda istehsal etməyə dair təşəbbüs irəli sürmüşük. Proseslər müsbət istiqamətdə irəlilədikdə və tamamlandıqda Azərbaycanın da öz “Aselsan”ı olacaq. Sonrakı mərhələlərdə bizə ehtiyac duymadan öz brendi ilə ratsiyalarını istehsal edə, kriptosunu inkişaf etdirə biləcək”.
Avtosfer.az bildirir ki, Türkiyənin müdafiə sənayesi sahəsində flaqman olan “Aselsan” şirkəti Azərbaycanın müstəqillik qazanmasından çox keçmədən burada fəaliyyətə başlayıb.
Həmin dövrdə dövlətlərarası hərbi maliyyə əməkdaşlığı yardım proqramları çərçivəsində fəaliyyətə başlayan “Aselsan” daha sonra burada nümayəndəlik ofisinə, 1998-ci ildə isə nümayəndəlikdən şirkətə çevrilib.
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO










