Türkiyəli alim Azərbaycanla bağlı paylaşımına görə ÜZR İSTƏDİ - FOTO

Türkiyənin Necmettin Erbakan Universitetinin professor Selahattin Avşaroğlu Azərbaycana qarşı kampaniyaya qoşulduğu üçün üzr istəyib.
Avtosfer.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarnda yazıb.
"Əziz sosial şəbəkə izləyicilərim. Dünəndən bəri Azərbaycan nümayəndə heyəti ilə əlaqədar paylaşımlar oldu, əfsuslar olsun ki, mən də yanıldım. Gördüyümüzə inandıq.
İndi hadisələrə yaxından bələd olan bir dostumuz xəbərdar etdi. Yeddi nəfərlik nümayəndə heyətindən yalnız onu (Məqsəd Hüseynov - red.) zalda müşahidəçi qismində saxlayıb, digərlər nümayəndələr isə çıxıblar. Zalı tərk edən ölkələr də elə ediblər. Üzr istəyirəm..." - deyə tanınmış alim paylaşımında vurğulayıb.
Xatırladaq ki, BMT Baş Assambleyasının 81-ci sessiyasında İsrailin Baş naziri Benyamin Netanyahu çıxışına başlayarkən bir sıra müsəlman ölkələrin nümayəndə heyətləri zalı tərk etsə də, Azərbaycanın nümayəndə heyəti zalda qalmışdı.
Bununla əlaqədar olaraq, son günlər Türkiyədə bir sıra sosial şəbəkə istifadəçiləri Azərbaycanla bağlı mənfi fikirlər səsləndirmişdilər.

Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb












