Türkiyəli tələbələr hazırladıqları avtonom yerüstü nəqliyyat vasitəsilə ikinci yerə çıxıblar

Türkiyənin İstanbul Texniki Universitetinin (İTÜ) tələbələrindən ibarət RAKE (Robotik Axtarış və Xilasetmə Komandası) hazırladığı avtonom yerüstü nəqliyyat vasitəsilə ABŞ-də keçirilən İntellektual Yerüstü Nəqliyyat Vasitələri Yarışmasında (Intelligent Ground Vehicle Competition-IGVC) ikinci yerə çıxıblar.
Avtosfer.az xəbər verir ki, ümumilikdə 6 ölkədən 28 komandanın iştirak etdiyi, yerüstü nəqliyyat vasitələri sahəsində ən nüfuzlu beynəlxalq turnirlərdən biri hesab olunan müsabiqədə İTÜ tələbələrinin hazırladığı “Ayaz” adlı avtonom vasitə qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirib.
“Ayaz” çətin marşrutlarda tam avtonom şəkildə hərəkət edərək maneələrin aşkarlanması, marşrutun planlaşdırılması, avtonom naviqasiya və tapşırıqların icrası kimi kritik imkanları sayəsində münsiflər heyətindən yüksək qiymət alıb.
İTÜ RAKE komandasının kapitanı Ahmet Emre Aktaş bildirib ki, bu layihə üzərində təxminən bir il əvvəl işləməyə başlayıblar.
“Bu vasitədə proqram təminatını və avtonom alqoritmləri tamamilə özümüz hazırlamışıq”, – deyə Aktaş qeyd edib.
Aktaş məqsədlərinin yerüstü və hava nəqliyyat vasitələrinin birlikdə fəaliyyət göstərə biləcəyi avtonom axtarış-xilasetmə sistemi hazırlamaq olduğunu vurğulayaraq, indi hava nəqliyyat vasitələri üçün fəaliyyətə başladıqlarını deyib.
Qeyd edək ki, müsabiqədə 1-ci yerə ABŞ-nin Tennessi Texnologiya Universitetinin komandası layiq görülüb./azertac
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












