Türkiyəli yutuber “Qarabağ”a görə TRT-ni tənqid etdi - VİDEO

Türkiyəli tanınmış yutuber Onur Naci Öztürkler ölkəsinin bəzi kanallarının futbol şərhçilərini “Qarabağ”ın oyunlarını zəif şərh etməklə bağlı tənqid edib.
Avtosfer.az xəbər verir ki, Öztürkler bu barədə instaqram hesabının hekayə bölümündə paylaşım edib.
O, TRT kanalının şərhçilərinə “Qarabağ”ın bir müddət əvvəl “Benfica”, dünən isə “Kopenhagen” klubu ilə oyundakı şərhlərinə görə tənqidlərini bildirib: “Azərbaycanda Türkiyənin “Galatasaray”, “Beşiktaş” kimi komandalarının oyunları yayımlandıqda şərhçilər bizim komandaya qol vurulduqda üzülərək danışırlar. Rəqib komanda hücuma keçdikdə isə oyunu daha sakit tonla şərh edirlər. Bizim komandalar qol vurduqda isə özləri qol vurmuş kimi sevinirlər”.
Yutuberin sözlərinə görə, “Qarabağ”-“Benfica” oyununda Azərbaycan təmsilçisinin qapısına qol vurulduqda, şərhçi qolu həyəcanlanaraq sevinclə elan edib. Öztürkler bildirib ki, “Kopenhagen”lə oyunda isə türkiyəli şərhçilər Danimarka komandasının hücuma keçməsini coşqu ilə elan edirlər.
O, ölkəsinin futbol spikerlərini Azərbaycan kanallarında Türkiyə komandalarının şərh edilməsi tərzinə diqqət etməyə, hər iki ölkə nümayəndələrinin münasibətlərini müqayisə etməyə çağırıb.
“Bu, hörmətsizlikdir. “Qarabağ” hansı ölkənin komandasıdır? Çempionlar Liqasında onsuz da dəstəkləyəcəyiniz cəmi iki komanda var. Biri “Qarabağ”, biri də “Galatasaray”, - yutuber vurğulayıb.
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb












