Türkiyənin hava limanlarında pulsuz içməli su təmin ediləcək

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi ölkənin hava limanlarında pulsuz içməli su məntəqələrini təqdim edib.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, hava limanlarında mayelərə qoyulan məhdudiyyətlər səbəbindən suya çıxış sərnişinlərin üzləşdiyi ən böyük çətinliklərdən biri olaraq qalır.
Bu problemi həll etmək üçün Türkiyənin 14 hava limanında su paylayıcılarının quraşdırılması başa çatıb. Daha 32 hava limanında paylayıcılar quraşdırılır və ya onlar sifariş edilib.
Bu xidmət, xüsusən də qeydiyyat zonalarında, sərnişinlər üçün “steril zonalarda”, gözləmə yerlərində, qarşılama və yola düşmə zallarında tətbiq olunur.
Tezliklə Türkiyənin 58 hava limanının hamısında, xüsusən də sərnişin axınının yüksək olduğu ərazilərdə pulsuz içməli su təmin ediləcək.
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb












