Uitkoff və Kuşner Moskvaya səfər ediblər

Göyərtəsində ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin ola biləcəyi biznes-jet Moskvaya enib.
Avtosfer.az-ın "İnterfaks" agentliyinə istinadən xəbərinə görə, bu barədə aviasiya xidmətlərindən məlumat verilib.
"Təyyarə "Vnukovo" hava limanına eniş edib", - deyə mənbə agentliyə bildirib.
Xatırladaq ki, ötən gün Uitkoff və Kuşnerin bu həftəsonu Ukraynadakı münaqişənin nizamlanması yollarını müzakirə etmək üçün Moskva və Kiyevə səfərlərinin planlaşdırıldığı ilə bağlı məlumat yayılmışdı.
ABŞ Prezidenti Donald Tramp Ukraynada nizamlama üzrə danışıqlar aparmaq üçün xüsusi elçiləri göndərdiyini açıqlayıb. Onun sözlərinə görə, Vaşinqtonun mümkün sülh sazişi ilə bağlı yeni ideya ağlına gəlib.
Uitkoff və Kuşner sonuncu dəfə yanvar ayında Moskvaya səfər ediblər və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıblar. (Oxu.Az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












