Ülviyyənin ölümünə görə həkimə bu cəza verildi

İki il öncə Zərdab Rayon Mərkəzi Xəstəxanasında doğuşdan sonra həyatını itirən Ülviyyə Nəzərlinin ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb.
Xitab24.az xəbər verir ki, təqsirləndirilən şəxs qismində hakim qarşısında həmin xəstəxananın Ginekologiya vә doğum şöbәsinin hәkim mama-ginekoloqu Səbinə Əliyeva çıxarılıb.
İttiham aktında qeyd olunub ki, 1989-cu il təvəllüdlü həkim səhlənkarlıq edərək ehtiyatsızlıqdan uşaq dünyaya gətirən qadının ölümünə səbəb olub. Belə ki, S.Əliyeva qeysəriyyə әmәliyyatı etdikdәn sonra qanaxma mәnbәyi olan uşaqlığı müәyyәn edәrәk baş vermiş qanaxmanın qarşısının alınması üçün hәr hansı bir tibbi tәdbirlәr göstәrmәyib.
O, zahıda mövcud olan xarici vә daxili qanaxmanın kliniki әlamәtlәrini nәzәrә almadan yanlış olaraq “trombemboliya” istiqamәtindә tibbi tәdbirlәr aparıb.
Bununla yanaşı, ittiham aktında qeyd olunur ki, həkim xәstәdә patoloji halın vaxtında aşkar olunaraq adekvat tibbi yardım taktikasının, yәni tәcili konsiliumun çağırılması, zahının reanimasiya şöbәsinә verilmәsi, hemodinamikanın stabillәşdirilmәsi, reanimasion-transfuzion tәdbirlәrinin davam etdirilmәsi vә hәyati göstәrişlә tәkrar cәrrahiyyә әmәliyyatının aparılması kimi tәdbirlәrin hәyata keçirilmәsini tәmin etmәmәklә işinә vicdansız vә laqeyd münasibәt göstәrib.
Həkimin səhlənkarlığının səbəbi olaraq Ülviyyə Nəzərli baş vermiş daxili vә xarici uşaqlıq qanaxması, kәskin qanitirmә vә posthemorragik şok nәticәsindә ölüb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Səbinə Əliyeva ittihamları qəbul etməyib. Mərhum qadının əri isə həkimi bağışlamadığını, ona ən ağır cəzanın verilməsini istəyib.
Ekspertiza rəyində də 1996-cı il təvəllüdlü Ü.Nəzərlinin ölümünün bilavasitә sәbәbi daxili vә xarici uşaqlıq qanaxması ilә әlaqәdar inkişaf etmiş kәskin qanitirmә vә posthemorragik şok olması göstərilib.
Maraqlıdır ki, həmin il TƏBİB hadisə ilə bağlı açıqlama yayaraq, ictimaiyyətə ekspertizanın rəyindən tamamilə fərqli məlumat çatdırıb. Həmin məlumatda Ülviyyəndə qıcolma, psixomotor oyanıqlıq müşahidə olunduğu bildirilib, onun reanimasiya şöbəsinə yerləşdirildiyi, lakin aparılan tibbi tədbirlərə baxmayaraq xəstənin xilas etməyin mümkün olmadığınıq qeyd edilib.
Məhkəmənin hökmünə əsasən, Səbinə Əliyeva 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Bundan başqa, onun həkimlik fəaliyyətindən də 1 il 6 ay müddətinə məhrum edilib.
Qeyd edək ki, Ü.Nəzərlinin ölümündən əvvəl dünyaya gətirdiyi körpəsi ilə yanaşı, bir oğul övladı da var.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












