Uraldakı Azərbaycan diasporunun keçmiş liderinə qarşı milyonluq təzminat tələbi

Uraldakı (Rusiya) Azərbaycan diasporasının keçmiş lideri, hazırda həbsdə olan Şahin Şıxlinski yeni ittihamla üzləşib.
Avtosfer.az-ın məlumatına görə, Yekaterinburq sakini Fehruz Şirinov Şahin Şıxlinski və digərlərinə qarşı milyonlarla dollarlıq məhkəmə iddiası qaldırıb. Bu barədə ilk xəbəri ura.ru saytı yayıb.
İddia təkcə Şıxlinskiyə qarşı deyil. Şirinov hazırda istintaq təcridxanasında saxlanılan Səfərov qardaşlarını da məhkəməyə verib. İddiaçının bildirdiyinə əsasən, 2010-cu ildə Səfərovlar ona qarşı sui-qəsd planı hazırlayıblar.
"Şirinovun adı cinayət işində zərərçəkmiş kimi keçir. O, 22 milyon rubldan çox mənəvi təzminat tələb edir", - məlumatda qeyd olunur.
Şahin Şıxlinski 2025-ci ilin yayında həbs edilib. İstintaqçılar onu Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirakda və 2001-ci ildə ticarətçi İkram Paşayevin qətlində əli olmaqda şübhəli bilirlər. Şirinov təsadüf nəticəsində sağ qalmağı bacarıb.
Hadisədən on beş il sonra iş yenidən istintaqa qaytarılıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












