“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?

“Azərbaycanda 5 addımla rahatlıq planını qəbul etmək olar”.
Avtosfer.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
O qeyd edib ki, bunlardan birincisi, quru səhədlərin açılması, sərhədyanı ticarətin canlandırılmasıdır:
“İkincisi, kiçik və orta sahibkarlar üçün ƏDV-yə düşməyən dövriyyənin 1 milyon manata qaldırılması, Bakı və Abşeronda dövriyyədən cəmi 4%, regionlarda isə 2%-lik vergi sisteminin tədbiqi, digər bütün ödənişlədin (DSMF xaric) ləğv edilməsi və paralel olaraq Dövlət vəsaiti hesabına aqrar və isvestisiya bankının təsis edilməsi – fermerlərə və istehsalla, xidmətlə birbaşa məşğul olub əlavə dəyər və iş yerləri yaradan sahibkarlara simvolik olaraq 2%-lə kreditlərin verilməsidir (kreditlər ancaq kiçik-orta sahibkarlığı əhatə etməlidir).
Üçüncüsü, müxtəlif proqramlarla ölkədə 500 minə yaxın uşaqlara müavinətlər verilir, onların birləşdirilərək böyük və pilləli proqramın qəbulu, ikinci uşaqdan başlayaraq hər bir övlad üçün 100 manat dövlət dəstəyinin qəbul edilməsidir.
Dördüncüsü, aşırı tənzimləmə üçün nəzərdə tutulan bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, onların məsləhətçi orqanlara çevrilməsidir”.
N.Cəfərli son olaraq bildirib ki, DSMF-də vətəndaşların yığım kapitalına çıxış imkanlarını təmin etmək üçün qanunlara dəyişikliklər edilməlidir:
“Bu addımları ilin sonuna qədər atsaq, məmləkətdə vətəndaş rahatlayar, gələcəyə ümidi artar, ölkəmizin iqtisadi daralma burulğanından çıxmasına yardımçı olar. Azərbaycanın bir nömrəli problemi iqtisadi aktivliyin zəifləməsi, daralmasıdır – qalan hər şey bundan doğan nəticədir. Səbəb dəyişməsə, nəticəni dəyişdirmək mümkün olmaz”. (globalinfo)
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












