Valideynlər bunu mütləq etməlidir: Əks halda CƏRİMƏ OLUNACAQLAR

Azərbaycanda İnzibati Xətalar Məcəlləsinə əsasən, valideynlər və ya onları əvəz edən şəxslər övladlarının tərbiyəsi və təlimi ilə bağlı vəzifələrini yerinə yetirmədikdə inzibati məsuliyyət daşıyırlar.
Avtosfer.az xəbər verir ki, hazırda qüvvədə olan qanunvericilikdə bu hallara görə xəbərdarlıq və cərimələr nəzərdə tutulub.
Məcəlləyə əsasən, valideynlərin və ya onları əvəz edən şəxslərin üzrlü səbəb olmadan yetkinlik yaşına çatmayanların tərbiyəsi və təlimi ilə bağlı vəzifələrini yerinə yetirməməsinə və ya lazımınca yerinə yetirməməsinə görə onlara xəbərdarlıq edilir və ya 40 manatdan 60 manatadək məbləğdə cərimə tətbiq olunur.
Əgər bu məsuliyyətsizlik nəticəsində uşaq baxımsız qalarsa, həmin şəxslər üçün cərimənin məbləği artır. Bu halda qanunvericilik 60 manatdan 100 manatadək məbləğdə cərimə nəzərdə tutur.
Bundan başqa, valideynlərin və ya onları əvəz edən şəxslərin öz vəzifələrini yerinə yetirməməsi nəticəsində uşağın spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməsi, avaralıqla məşğul olması, cinayət məsuliyyəti yaşına çatmamış uşağın cinayət əlamətləri olan əməl törətməsi və ya 14 yaşından 16 yaşınadək uşağın inzibati xəta törətməsi də inzibati məsuliyyət yaradır.
Belə hallarda da valideynlər və ya onları əvəz edən şəxslər 60 manatdan 100 manatadək məbləğdə cərimə edilirlər.
Qanunvericilik bu tələblərlə yetkinlik yaşına çatmayanların hüquqlarının və təhlükəsizliyinin qorunmasını, valideyn məsuliyyətinin artırılmasını hədəfləyir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












