Vaqif prospektindəki xətlənmə çaşqınlıq yaratdı - AYNA-dan açıqlama - FOTO

Sosial şəbəkələrdə Bakının müxtəlif küçə və prospektlərində yol hərəkətinin təşkilində və xətlənmələrdə edilmiş dəyişikliklər müzakirə olunur.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, son olaraq Vaqif prospektində aparılmış xətlənmə işləri ilə bağlı çaşqınlıq yarandığı bildirilib.
Ərazidən video paylaşan sürücü zolaqların eninin müxtəlif olmasının və mikromobillik zolağının kənarındakı çıxıntıların anlaşılmadığını, onlarda çaşqınlıq yaratdığını bildirib.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirilib ki, Vaqif prospektində xətlənmə aparılarkən normativlərə əməl edilib.
“Vaqif prospektində sağ zolaq sərnişinlərin minib-düşməsi məqsədilə daha enli təşkil edilib. Yol boyu 3.28 yol nişanları quraşdırılıb. Bu həll sağ zolaqda qısamüddətli dayanma edən nəqliyyat vasitələrinin arxadan gələn axının hərəkətinə mane olmaması üçün tətbiq olunur.
Zolaqların başlanğıcında və sonunda yarımdairə buferlər isə nəqliyyat vasitələrinin konkret dayanma ərazisini müəyyən edir. Bu buferlər kəsişən küçələrə daxil olan və prospektə çıxan avtomobillərin təhlükəsiz manevr radiusunu qorumaq məqsədi daşıyır”, - məlumatda qeyd edilib.

Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












