Vasif Talıbovun dövründə maaşı verilmədi - Məhkəmə 10 il sonra qərar verdi

Naxçıvanda işdən çıxarılan şəxsə 10 il əvvəlki əməkhaqqı ödənilmədiyi üçün şirkət rəhbəri cərimələnib.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən "Arkoz Travertin-Mərmər Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Səfiyar Süleyman oğlu Abişov barəsində protokol tərtib edilib.
Protokol İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma) irəli sürülüb və işə məhkəmədə baxılıb.
Məlum olub ki, E.T adlı şəxs 6 iyun 2025-ci ildə Səfiyar Abişova və Dövlət Əmək Müfəttişliyi Xidmətinə ərizə təqdim edərək bildirib ki, "Arkoz Travertin-Mərmər Zavodu" MMC-də işlədiyi 2011-2016-cı illərdən qalan son haqq-hesabının ödənilməsini tələb edib. Səfiyar Abişov isə bundan imtina edərək, borcun köhnə rəhbərlik dövrünə aid olduğunu deyib.
Məhkəmənin hökmü ilə "Arkoz Travertin-Mərmər Zavodu" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 2000 manat cərimə edilib.
Qeyd edək ki, sözügedən zavod vaxtilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun biznes strukturu kimi tanınıb. Bəzi iddialara görə, Vasif Talıbov Ali Məclis sədri vəzifəsindən istefa verdikdən sonra zavod üzərindəki nəzarəti də itirib. E.T adlı şəxs Vasif Talıbovun zavoda nəzarəti dövründəki borcunu tələb edib.
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?











