Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI

Məlum olduğu kimi, Bəxtiyar Əsgərov Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri ötən gün vəzifəsindən azad edilib.
Avtosfer.az xəbər verir ki, unikal işdən çıxarılan Bəxtiyar Əsgərovun əmlaklarının siyahısını əldə edib. Həmin siyahını təqdim edirik:
- Nərimanov rayonunda yeni tikili binalarda 3 mənzil;
- Memar Əcəmi metrosunun yaxınlığındakı yeni tikili binalarda 3 mənzil;
- Oğuz şəhərində yerləşən "Tansu" şadlıq sarayı;
- Oğuzda yerləşən villa;
- Oğuzda obyektlər və mağazalar;
Qeyd edək ki, Bəxtiyar Əsgərova məxsus olan "Tansu" şadlıq sarayında 2019-cu ildə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinq keçirilib. Şadlıq sarayında ciddi nöqsanlar aşkarlanıb və fəaliyyəti məhdudlaşdırılıb. Həmin zaman rəsmi sənədlərdə şadlıq sarayının sahibi qismində Aydınov Azər Mehrab oğlu göstərilib. O, Bəxtiyar Əsgərovun bacanağıdır.
Xatırladaq ki, Bəxtiyar Əsgərov ötən gün azad edildiyi vəzifəyə Naxçıvan Muxtar Respublikası Ali Məcisinin sabiq sədri Vasif Talıbov tərəfindən təyin edilmişdi. Onun Vasif Talıbovun yaxın adamlarından biri olduğu barədə məlumatlar yayılıb.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












