Banner

Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi

Xəbərlər 29 Oktyabr 2026 22:39
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
WhatsApp kanalımıza abunə olun

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı, Naxçıvan Muxtar Respublikası prokurorunun sabiq müavini Məhərrəm Talıbovun keçmiş həyat yoldaşı ilə arasında boşanma və əmlak mübahisəsi yaranıb. 

Avtosfer.az "Unikal"a istinadla xəbər verir ki, Məhərrəm Talıbovun keçmiş həyat yoldaşı onun barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

İddianın əsas predmetinin Bakı və Naxçıvan şəhərlərində yerləşən mülklərlə və boşanma ilə bağlı olduğu bildirilir. 

Məlumata əsasən, iddiaçı həmin əmlaklarla əlaqədar məhkəmə qaydasında hüquqlarının təmin olunmasını və mülklərlə bağlı müvafiq tədbirlərin görülməsini tələb edir.

Beləliklə, uzun illər Naxçıvanda yüksək vəzifədə çalışmış Məhərrəm Talıbovun adı bu dəfə ailədaxili əmlak mübahisəsi ilə gündəmə gəlib.

Məhkəmə işinin təfərrüatları, iddia tələbləri və tərəflərin mövqeləri ilə bağlı əlavə məlumat əldə olunarsa, oxuculara təqdim ediləcək.

Oxunub : 198
ŞƏRH YAZ
Ad

E-mail

Şərh