"Velosiped yarışını "Eurosport" kanalı canlı yayımlayacaq" - Sahib Ələkbərov

2026-cı il mayın 10-dan 14-dək Azərbaycanda “Bakı–Xankəndi” beynəlxalq velosiped yarışı keçiriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov məlumat verib.
Onun sözlərinə görə, yarışın təşkili ilə bağlı artıq təşkilat komitəsi formalaşdırılıb və bu gün komitənin ilk iclası baş tutub. Sahib Ələkbərov bildirib ki, beynəlxalq velosiped yarışı Azərbaycanın təbii gözəlliklərinin və turizm potensialının dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, yarış beş mərhələdən ibarət olacaq və velosipedçilər hər mərhələdə 150–200 kilometr məsafə qət edəcəklər. Bu marşrutlar boyunca ölkənin müxtəlif bölgələrinin füsunkar mənzərələri beynəlxalq auditoriyaya təqdim olunacaq. İlk dəfə olaraq yarışın bütün beş mərhələsi “Eurosport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Vitse-prezident vurğulayıb ki, bu yarışın digər beynəlxalq turnirlərdən əsas fərqi onun marşrutudur. Belə ki, yarışın dördüncü və beşinci mərhələləri işğaldan azad edilmiş ərazilərdə keçiriləcək. Bu mərhələlər zamanı həmin ərazilərdə Ermənistan tərəfindən törədilmiş dağıntıların da beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi planlaşdırılır.
Tədbir çərçivəsində “Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının rəsmi loqosu da təqdim edilib. Loqoda Azərbaycan bayrağının rəngləri və sonsuzluq işarəsindən istifadə olunub.
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı










