"Velosiped zolağı çəkiləndən nə kirayəhaqqını, nə də vergini ödəyə bilirik” - VİDEO

İctimai Televiziya Bakıda velosiped yollarının artması və şaxələndirilməsini tənqid edən süjet yayımlayıb.
Avtosfer.az xəbər verir ki, süjetdə Bakıda çəkilən velosiped yollarının tıxac yaratdığı bildirilib.
Qeyd olunub ki, dar yollarda çəkilən velosiped zolaqları avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, ətrafda yerləşən iş yerlərinin fəaliyyətini pozur.
Velosiped yollarının əksər hallarda boş qaldığı həmçinin bu küçələrdə avtomobillərin park edilməsinin qadağan olunmasının sahibkarların gəlirlərinin azalmasına səbəb olduğu vurğulanıb.
Parlament prospektində “coffee-shop” işlədən sahibkar İlkin İbrahimov deyib ki, velosiped zolaqlarının çəkilməsindən sonra müflisləşmək təhlükəsi ilə üzləşib: “Burada ümumiyyətlə velosiped sürülmür. Prospektin kənarını velosiped zolağı deyil, parkinq etsəydilər, daha yaxşı olardı. İş yerləri sayəsində büdcəyə vəsait daxil olardı. Həm də bu prospektdə zolaq əks tərəfdə - 20 nömrəli məktəb tərəfdə çəkilməli idi ki, şagirdlər də istifadə edə bilsin. Lakin bizim tərəfdə çəkilməsi bizə böyük zərər vurur”.
Qeyd edək ki, İTV-nin süjeti insanyönümlü şəhər tərəfdarlarının narazılığına səbəb olub və onlar telekanalı tənqid ediblər.
Daha ətraflı videomaterialda:
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












