Vətən müharibəsinə həsr edilən kitab rus dilində də çap olundu

Ötən ilin dekabrında Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan və Vətən müharibəsində qazanılan şanlı qələbədən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm hadisələrə həsr edilən “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı yeni kitab nəfis tərtibatda işıq üzü görüb.
Avtosfer.az xəbər verir ki, bu kitab artıq çox böyük oxucu kütləsinin müsbət rəyini qazanan və 10 dilə tərcümə edilərək həm ölkəmizdə, həm də bir sıra xarici dövlətlərdə təqdimat mərasimləri keçirilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının ikinci hissəsidir.
Bu gün isə Vətən savaşında qazanılan Şanlı Qələbədən sonrakı dövrdə ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çox mühüm hadısələrin təbliğində mühüm rol oynayacaq kitabın ikinci hissəsinin rus dilində olan çapı – “История Отечественной войны. Восстановление территориальной целостности Азербайджана” – Фактор личности” kitabı işıq üzü görüb. Bu kitabda bir günlük anti-terror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin bərpası, Xankəndi, Ağdərə, Xocalı, Əsgəran, Xocavənddə dövlət bayrağımızın ucaldılması və Xankəndidəki tarixi hərbi parad, qısa zaman kəsiyində işğaldan azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, yeni infrastrukturun yaradılması, Böyük Qayıdış Proqramına uyğun keçmiş məcburu köçkünlərin öz doğma yurdlarına qayıdışı kimi çox mühüm tarixi hadisələr öz əksini tapıb.
Bu nəşrin possovet dövlətləri və Şərqi Avropanın rusdilli auditoriyasına təqdim olunması nəzərdə tutulur, həmçinin ilk nəşrdə olduğu kimi dünyanın müxtəlif ali təhsil müəssisələrinə, kitabxanalara, aparıcı informasiya vasitələrinə təqdim olunacaqdır. Bununla da xaricdəki rusdilli auditoriya İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda aparılan quruculuq işləri barədə daha geniş məlumat alacaqlar.
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












