Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - VİDEO

Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, polis-vətəndaş münasibətlərində qarşılıqlı etimadın, şəffaflığın və məmnunluğun təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, vətəndaşlarımız onlayn şəkildə qəbula yazılaraq ərazi polis orqanlarının rəislərinə birbaşa müraciətlərini edə bilərlər.
Müraciətlərin operativ, obyektiv və həssaslıqla araşdırılması məqsədilə göstərilən bu elektron xidmətdən yararlanmaq üçün DİN-in rəsmi internet saytı və “e-polis” tətbiqində müvafiq bölmə yaradılıb.
Mobil tətbiqə daxil olaraq “Ana səhifə”dən “Qəbula yazıl” xidmətinə keçid edib qarşınıza çıxan müvafiq ardıcıllıqları yerinə yetirməklə müraciətinizi tamamlayırsınız.
Qəbula yazılan hər bir şəxsin müraciəti Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülür və problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir.
“E-polis”- daim yenilənərək təkmilləşən mobil tətbiq!
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












