Vətəndaşlara qarşı dələduzluq edən Zamiq Xankişiyevin məhkəmə işi

Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş ifadə verib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxs ona bu vaxta qədər dəymiş ziyan ödənilməyib:
"Mən Zamiqi borcu qaytarmaq üçün 2 il gözləmişəm. Şəxsən anamla onların ailəsinə gedəndə qardaşı dedi ki, atama məxsus Lexus markalı avtomobili satıb borcu qaytaracam. Ancaq heç bir borc qaytarılmadı. Hər dəfə mən ona yazanda aldadıb vaxtı uzadırdı. Zamiq Xankişiyev 2 il axtarışda idi. Zamiqin birinci mərhələdə mənə 250 min borcu var idi".
Məhkəmənin növbəti iclası aprelin 10-na təyin edilib.
İttihamda bildirilir ki, Zamiq Xankişiyev özünü geniş əlaqəli işgüzar şəxs kimi təqdim edərək, bir neçə nəfərin etibarından sui-istifadə edib, onların 1 milyon manata yaxın pulunu mənimsəyib.
İstintaqdan yayındığı üçün 1 il 8 ay axtarışda olan Z.Xankişiyev iş üzrə cəlb edildikdən sonra barəsində həbs olmayan qətimkan tədbiri seçilib.
Araşdırmalarla məlum olub ki, Xankişiyevdən ən çox zərəri tanışı olan iş adamı P.Səlimov görüb. O, müxtəlif vaxtlarda və üsullarla Səlimovun ümumilikdə 577 min manatını ələ keçirərək mənimsəməkdə ittiham olunur.
Şəxs digər vətəndaşa isə 180 min manat ziyan vurmaqda təqsirləndirilir.
Başqa vətəndaşa isə “Kia” markalı avtomobili satmaq adı ilə onun 6 min manata yaxın pulunu ələ keçirib.
Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. Amma o, özünü günahkar bilmir.
Onu da qeyd edək ki, mediada İmişlidən olan bu iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb.
Təqsirləndirilən şəxs "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış və rüşvət qalmaqalı ilə vəzifəsindən uzaqlaşdırılmış Fəyyaz Xankişiyevin oğludur. Fəyyaz Xankişiyev isə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun tələbə yoldaşı olub.
Müttəhim bahalı avtomobil kolleksiyası olan şəxs kimi də tanınıb.
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO










